- Baxış sayı: 42
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Ukrayna səfərindən 7 medalla qayıdan taekvondo millimiz, ardından geniş heyətlə Moldovanın paytaxtında keçirilən G1 kateqoriyalı beynəlxalq turnirdə mübarizə aparıb. Allsport.az xəbər verir ki, gərgin rəqabətdə seçmə kollektiv 9 medal qazanıb; fərqlənən dayanq ustalarımız hesablarına növbəti lisenziya xalları yazdırıblar.
Konkret nəticələrə gəldikdə, İlkin Şahbazov (74 kq), Radik İsayev (87 kq) və Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nurgül Çəlik (49 kq) ilə Sina Bəhrami (63 kq) yalnız finalda uduzublar.
Bürünc mükafata Patimat Abakarova (49 kq), Darya Şkurko (62 kq), Parisa Kafael Məhəmməd Nejada (+73 kq) və Əhməd Məhəmmədi (+87 kq) yiyələniblər.
Sabah para-taekvondo üzrə 4-cü Avropa çempionatına start veriləcək. Qitə çempionatında isə 12 taekvondoçumuz qüvvəsini sınayacaq.
Milli komandalarımız hər iki yarışa, ATF vitse-prezidenti Niyaməddin Paşayev və baş katib Həmdiyyə Məmmədovun rəhbərliyi ilə yollanıblar.