- Baxış sayı: 40
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc və yeniyetmə taekvondoçular arasında Multi Avropa oyunlarına yekun vurulub.
Yarışın ikinci günü dayanq üzərinə yeniyetmə idmançılar çıxıblar.
Rəşad Məmmədovun rəhbərlik etdiyi Azərbaycan yığması yarışda 2 qızıl və 1 gümüş medal qazanıb.
Bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli (160 sm) və Şəms Əlizadə (160 sm) çempion tituluna yiyələnib.
Yalnız finalda komanda yoldaşına məğlub olan Novruz Əliyev gümüş medala layiq görülüb.
Azərbaycan yeniyetmələrin yarışında ümumi hesabda oğlanlar arasında 2-ci, qızların mübarizəsində 3-cü olub.
Beləliklə, milli komanda Multi Avropa oyunlarını 6 medalla bitirib.
Yarışın ilk günü Məmməd Abdullayevin rəhbərliyi etdiyi yığmanın heyətində Məhəmməd Həsənli (48 kq) ikinci, Hüseyn Xudiyev və Ruslan Həsənzadə (78 kq) isə 3-cü yeri tutublar.