Taekvondoçularımız Tokio-2020-yə reytinq xalları verən Mançester qran-prisində

Böyük Britaniyanın Mançester şəhərində taekvondoçuların qran-prisi mərhələsi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Tokio-2020-yə reytinq xalları verən yarışda böyüklərdən ibarət milli yığma komandamız 6 idmançı ilə təmsil olunacaq.

Bu gün Mançester şəhərinə yollanan komandamızın heyətində Qaşım Maqomedov (58 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov (hər ikisi – 68 kq), Ramin Əzizov (+80 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) yer alıb. Yarışlara oktyabrın 19-da start veriləcək və 3 gün davam edəcək.

ATF-in vitse-prezidenti Niyaməddin Paşayev və baş məşqçilər Rza Mehmandost, Elnur Amanovun rəhbərliyi ilə turnirə yollanan milli oktyabrın 22-də Vətənə dönəcək.

Həmin kateqoriyadan