- Baxış sayı: 44
- 06 Fevral 2026 10:40
- Baxış sayı: 96
- Fevral 06, 2026
- 0

Yeniyetmə taekvondoçulardan ibarət millimiz Türkiyənin Konya şəhərində keçirilən 5-ci Rumi Uşaq İdman Oyunlarında 4 medal qazanıb. Allsport.az xəbər verir ki, baş məşqçi Səbuhi Zülfüqarovun və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə yarışın ilk gününü komandamız 2 medalla başa vurub.
Bəhruz Quluzadə (37 kq) və Anar Hüseynli (53 kq) yalnız final döyüşündə məğlub olublar. Taekvondoçularımız rəqabətin 2-ci günündə daha 2 medala yiyələnib. Cavid Soltanov (61 kq) və Nuranə İbrahimova (47 kq) baş mükafata sahib çıxıblar.