- Baxış sayı: 36
- 17 Noyabr 2024 11:07
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start verilib.
Allsport.az xəbər verir ki, yarışın ilk günündə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının 6 idmançısı fəxri kürsüyə yüksəlib.
Yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kq) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Anar Abdullazadə (37 kq) və Çingiz Həsənov (53 kq) ikinci yeri tutublar. Gülay Əliyeva (44 kq), Gülnar Rəsulzadə (47 kq) və Sərxan Talıbzadə (65 kq) isə bürünc medala layiq görülüblər.