İlk gündə 5 medal

Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondoçular arasında keçirilən Avropa birinciliyinin ilk günü beş medal qazanılıb.

Allsport.az xəbər verir ki, “Ümid” taekvondo klubunun yetirməsi olan Mehdi Budaqlı (27 kq) yarışın qızıl medalına sahib olub. Aydın Süleymanov (32 kq, Sumqayıt Təhsil), Mürşüd Qasımov (39 kq, “Əmin” t.k.) və Tamerlan Yaqubov (29 kq, FHN) gümüş medal, Fərdi Quşxani (35 kq, “Ümid” t.k.) isə birinciliyi bürünc medalla başa vurub.

Avropa birinciliyinə respublikamızda fəaliyyət göstərən taekvondo klub və bölmələrindən 10 idmançı qatılıb. Yarışlara bu gün yekun vurulacaq.

Həmin kateqoriyadan