- Baxış sayı: 45
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
12-12 martda Niderlandın Eyndhoven şəhərində taekvondoçuların “Dutch Open” beynəlxalq turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, sayca 44-cü G1 reytinq xarakterli yarışda ölkəmizi ustalardan və gənclərdən ibarət yığma komandalarımız təmsil edəcək. Türkiyədə keçirilən yarışı uğurla başa vuran millimiz bu səfərə də iddialı yollanıb.
Yarışa qatılacaq heyətinə Qaşım Məhəmmədov, Mikayıl Əliyev (hər ikisi – 54 kq), Fizam Mehtiyev (58 kq), Məmmədalı Quliyev, Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (68 kq), Əliəsgər Əliyev (74 kq), Milad Beiqi Hərçəqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (87 kq), Radik İsayev (+87 kq), Panis Əsmaeilpour (46 kq), Patimat Abakarova, Gülxanım Yaşıldal (53 kq), Yarpaq Əriş (57 kq), Darya Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq) daxil ediblər.
Gənclərin mübarizəsində isə ölkəmizi Xanoğlan Kərimov (45 kq), Bəhruz Quluzadə (48 kq), Ayaz Qənbərli (51 kq), Samir Məhərrəmov, Ruslan Seyidov (hər ikisi 55 kq) Cavad Ağayev (63 kq), Minayə Əkbərova (42 kq), Mirvari Qəndərli (44 kq), Sevda Pirseyidova (46 kq), Zalikə Babayeva (49 kq) təmsil edəcəklər.
Qeyd edək ki, ATF-in vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Eyndhovenə yollanan komandalarımız mart 14-də Vətənə dönəcək.