Taekvondoçumuz dünyanın ən yaxşısı seçildi

Paralimpiya çempionumuz İmaməddin Xəlilov dünya taekvondo federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb. 

Allsport.az xəbər verir ki, bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançımız paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib. O, həmçinin dünya reytinqinin hazırkı lideridir.

“2024-cü ildə bütün titullara yiyələndim. Karyeramdakı hədəflərimdən biri təkcə öz çəkimdə yox, bütün çəkilər üzrə ilin ən yaxşı parataekvondoçusu seçilmək idi. Sevinirəm ki, buna nail oldum. Özümlə qürur duyuram. Bu uğurların davamlı olması və Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaq üçün çalışmağa davam edəcəyəm” – deyib İmaməddin Xəlilov.

Parataekvondoçumuza mükafat Honkonqda keçirilən qala gecəsində təqdim olunub.

Xəlilov bu ada dünya taekvondo federasiyasının texniki komissiyasının yekdil rəyi əsasında layiq görülüb.

Həmin kateqoriyadan