“Top 8” turnirində qaliblər müəyyənləşib

Stolüstü tennis üzrə “Top 8” turnirinə yekun vurulub.

Allsport.az xəbər verir ki,”Şüa idman kompleksi”ndə təşkil olunan ənənəvi yarışda ölkənin ən güclü stolüstü tennisçiləri bacarıqlarını göstəriblər. Gərgin və maraqlı yarışın nəticələrinə əsasən, kişilər arasında Onur Quluzadə 1-ci olub. O, finalda Rüstəm Hacılıya qalib gəlib. Vəzir Allahverdiyev 3-cü yeri tutub. Qadınların turniri Aylin Əsgərovanın qələbəsi ilə nəticələnib. Mərziyyə Nurmətova fəxri kürsunün 2-ci, Ləman Abdulhəmidova 3-cü pilləsinə qalxıb. Fərqlənən idmançılara Azərbaycan stolüstü tennis federasiyasının diplom və mükafatları təqdim olunub.

Həmin kateqoriyadan