- Baxış sayı: 12
- 25 Noyabr 2024 14:38
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Gənclər və idman nazirliyinin həvəskarlar arasında “Unutma, YAŞAT” şüarı ilə təşkil etdiyi mini futbol turnirinə noyabrın 8-də, Zəfər günündə yekun vuruldu. Allsport.az saytı xəbər verir ki, 64 komandanın iştirakı ilə başlanan turnirdə bir sıra nazirliklər, idman federasiyaları, ali təhsil müəssissələri, QHT-lər və GİN strukturuna daxil olan idarə və təşkilatlar təmsil olunublar.
Finalda Tovuz rayon Gənclər və İdman İdarəsinin komandası Güləş Federasiyasına 2:1 hesabı ilə qalib gələrək, turnirin baş mükafatına sahib olub. 3-cü yeri Qax rayon Gənclər və İdman İdarəsinin komandasına 6:1 hesabı ilə qalib gələn Sumqayıt şəhər gənclər və idman baş idarəsi tutub.
İlk 3 yeri tutan komandaya müvafiq diplom, kubok və medallar təqdim edilib. Bundan başqa, turnirin ən yaxşı oyunçusu Hacı Əliyev (Güləş Federasiyası), ən yaxşı qapıçı Seymur Bəydəmirov (Sumqayıt ŞGİBİ), bombardiri Azər Mehtiyev (Sumqayıt ŞGİBİ) xüsusi kuboklara layiq görülüblər. Oqtay Abdullayev isə turnirin ən yaşlı iştirakçısı seçilib.
Turnirin mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Bakı şəhər gənclər və idman idarəsinin rəisi Raqif Abbasov, gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və bir sıra idman qurumlarının rəhbərləri, futbol veteranları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.