- Baxış sayı: 72
- 01 Oktyabr 2024 13:54
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Ümumdünya triatlon federasiyasının sayca 34-cü konqresi keçirilib. Quruma üzv olan 172 milli federasiyanın nümayəndələrinin onlayn qaydada iştirak etdikləri tədbirdə ölkəmiz Azərbaycan triatlon federasiyasının prezidenti Azər Məhərrəmov və baş katib Cavad Axundzadə ilə təmsil olunub.
Allsport.az xəbər verir ki, ümumdünya triatlon federasiyasının prezidenti xanım Marisol Kasado çıxışında bildirib ki, “Tokio-2020” XXXII yay olimpiya oyunlarında ilk dəfə estafet üzrə yarışlar keçirilib. 2024-cü ildə Fransada gerçəkləşəcək olimpiya oyunlarında da yenilik olacaq. Belə ki, idmançılar ilk dəfə super sprint kateqoriyasında medal qazanmağa çalışacaqlar.
Konqresdə yeni mövsümün beynəlxalq təqvimi də müzakirə edilib. 2022-ci ildə Əbu-Dabidə keçiriləcək dünya çempionatının təqdimat mərasimi olub. Monreal şəhəri isə sprint və estafet üzrə dünya çempionatına ev sahibliyi edəcək.