- Baxış sayı: 253
- 12 Oktyabr 2025 15:00
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

Triatlonçumuz Rostislav Pevtsov Ukraynada keçirilən sprint üzrə Avropa kubokunda qalib olub.
Allsport.az xəbər verir ki, o, 16 ölkədən 39 idmançının mübarizə apardığı yarışı 51 dəqiqə 20 saniyəlik nəticə ilə başa vurub və qızıl medal qazanıb.
Kseniya Levkovskaya isə bu il beynəlxalq arenada 2-ci mükafatına yetişib. İdmançımız Şarm əl-Şeyxdə açıq Afrika kubokunda 3-cü olub.