- Baxış sayı: 36
- 20 Aprel 2025 18:29
- Baxış sayı: 96
- Aprel 20, 2025
- 0
Triatlon üzrə millimiz koronavirus pandemiyası ilə bağlı məcburi fasilədən sonra növbəti yarışda gücünü sınayıb. Allsport.az xəbər verir ki, idmançımız Kseniya Levkovskaya Dubayda keçirilən nüfuzlu “İronman 70.3” turnirində çıxış edib.
Təmsilçimiz 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiqment və 21,1 kilometr qaçışın daxil edildiyi bütün məsafəni uğurla keçib. Kseniya 4 saat 18 dəqiqə nəticə göstərib və 11-ci olub. Bir müddət əvvəl Levkovskaya Kiyevdə keçirilən “Triatman İron” turnirində qızıl medal qazanmışdı.
Triatlet-həvəskarlarımız da Dubay yarışında iştirak ediblər. Aydın Kərimov 5 saat 17 dəqiqə, Fariz Məmmədov 6 saat 6 dəqiqə nəticə göstəriblər.