- Baxış sayı: 44
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 44
- Dekabr 05, 2025
- 0

“Turan Tovuz”un heyəti şəhid Elxan Məmmədov adını daşıyan Tovuz şəhər tam orta məktəbinin qonağı olub.
Allsport.az saytı xəbər verir ki, məktəbin direktoru İlhamə Zeynalova, müəllim və şagird heyəti, baş məşqçi Ayxan Abbasov, akademiya koordinatoru Rasim Əliyev, futbolçularımız Şəhriyar Əliyev, Kamal Bayramov, Cavid Tağıyev, Natan Oduva və Henri Okebuqvu ilə birlikdə məktəbin akt zalında görüş keçirilib. Ayxan Abbasov dəvətə və qonaqpərvərliyə görə məktəb rəhbərliyinə minnətdarlığını bildirib, komanda haqda ətraflı məlumat verib.
Bir saatdan çox davam edən görüşdə müəllim və şagird heyətinin sualları cavablandırılıb. Belə tədbirlərin mütəmadi təşkil olunması xüsusi vurğulanıb. Sonda məktəb rəhbərliyinə klubumun atributları hədiyyə olunub, xatirə şəkli çəkilib.