- Baxış sayı: 73
- 01 Fevral 2026 15:32
- Baxış sayı: 121
- Fevral 06, 2026
- 0

İsveçin Malmö şəhərində yeniyetmə stolüstü tennisçilərin Avropa çempionatı davam edir.
Allsport.az saytı xəbər verir ki, bu gün 19 yaşadək oğlanların komanda yarışlarında Ermənistan seçməsi ilə qarşılaşan 16 yaşlı stolüstü tennisçilərimiz etimadı doğruldublar.
Komandamız gərgin mübarizə şəraitində keçən görüşdə 3:1 hesabı ilə qələbə qazanıb. U-15 və U-19 kateqoriyasında Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.