- Baxış sayı: 70
- 30 Noyabr 2025 23:49
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Rumıniyada yüksək nəticələr qazanan gənc karateçilərimiz Vətənə dönüb.
Allsport.az xəbər verir ki, qocyu-ryu karate üslubu üzrə (idman karatesi – WKF qaydaları) XXI Avropa çempionatı və birinciliyində uğurlar qazanan Azərbaycan idmançıları Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılandı.
Onları federasiya prezidentinin köməkçisi Vüsal Abdullazadə, idmançıların ailə üzvləri və idman azarkeşləri böyük sevinc və fəxrlə qarşıladılar.
Rumıniyanın Timișoara şəhərində 10-14 oktyabrda keçirilən mötəbər yarışda, nümayəndə Nurlan Quliyevin rəhbərliyi altında iştirak edən komandamız yüksək nəticələrə imza ataraq üçrəngli bayrağımızı ucaldıb.