- Baxış sayı: 36
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
AzAL-ın sabiq ukraynalı yarımmüdafiəçisi Valeri Kutsenko ölkəsinin mətbuatına müsahibə verib. Allsport.az xəbər verir ki, o, Azərbaycan klubundan ayrılmasına dair sualları cavablandırıb:
– Ukrayna çempionatına qayıtmağınız özünüzü evinizdəki kimi hiss etməyə şərait yaratdımı? Yoxsa “Dnepr Arena”da meydana çıxmaqla Belarus və Azərbaycan çempionatının oyununa çıxmaq eyni hisslərdir?
– Özümü evimdəki kimi hiss edirəm. Ukraynada Belarus və Azərbaycanla müqayisədə oyunlara daha çox azarkeş gəlir. Ümid edirəm ki, “Çernomorets”in oyunlarına da çox azarkeş gələcək.
– Hazırda futbolçularımızın əksəri xaricə üz tutduğu halda siz geri qayıtmağa üstünlük verdiniz…
– AzAL-la müqaviləmin müddəti bitməmişdi. Komanda yay fasiləsində olduğundan mənim də istirahət üçün vaxtım var idi. İstirahəti başa vurduqdan sonra yenidən Azərbaycana qayıtmağı düşünürdüm. Amma Bakıdan mənə zəng edib dedilər ki, klubun maliyyə problemləri var. Bununla əlaqədar bütün legionerlərdən imtina olunub. Ona görə də Ukraynadakı variantları gözdən keçirməli oldum.
– AzAL-da, Azərbaycanın digər klublarında “Çernomorets”dən daha çox qazana bilərdiniz…
– Mən AzAL-a keçərkən sonda belə problem yaranacağını düşünməmşdim. O vaxt klub axtarırdım və menecerim zəng edib dedi ki, Azərbaycandan belə bir təklif var. Özü də məni baxışa yox, birbaşa müqavilə bağlamağa dəvət etdilər. İndi də real təklif olduğu üçün “Çernomorets”lə anlaşdım. Amma yenə də hansısa xarici klubdan təklif gəlsə, oturub danışmaq olar.
– AzAL Azərbaycanın imkanlı klublarından idi?
– Yaxşı, ortabab və sabit maliyyə imkanı olan klub idi. Amma bir neçə il öncə oynadığım ortabab Ukrayna klublarında AzAL-da aldığımdan daha çox qazanırdım.
– Bizim futbolçular, məşqçilər oraya yalnız pul qazanmaq üçün gedirlər, ya başqa səbəblər də var?
– Fikrimcə, istisnasız olaraq pul xatirinə gedirlər.