- Baxış sayı: 187
- 16 Mart 2026 10:00
- Baxış sayı: 35
- Mart 26, 2026
- 0

Azərbaycan karateçiləri Urmiyada ənənəvi beynəlxalq turnirdə medalların sayını 6-ya çatdırıblar. Allsport.az saytı xəbər verir ki, növbəti günlərdə Hüseyn Hüseynzadə (16-17 yaşlı gənclər, 76 kq) qızıl, Tural Balcanlı (kata) bürünc medal qazanıb. Ustalarda Nuri Əliyev (-60 kq), Samir Məmmədov (75 kq) və Əli Cəfərov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə qələbəni əldən veriblər.
Ümumi mükafat fondu 60.000 avro olan 15-ci bu sınaqda 12 ölkədən 412 karateçi iştirak edib. Yarış həm də yeniyetmə və gənc millisinin baş məşçqisi Anar Allahverdiyevin rəhbərliyi ilə oktyabrın axırı Çilidə dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyıb.