MÜSAHİBƏ
Vaqif Cavadov: “Oyun satmaq ana satmaq kimidir”

Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov yandex.ru-ya müsahibə verib. Allsport.az xəbər verir ki, uzun müddətdir ki, klubsuz qalan 30 yaşlı vinger önəmli məqamlara toxunub.

– Hazırda nə işlə məşğulsunuz?
– Futboldan kənar qalmağım uzun hekayədir. Mənə qarşı kampaniya gedir. Hazırda buna qarşı gücsüzəm. Ancaq bacardığım qədər vuruşuram və meydana qayıtmağı gözləyirəm. Oynamağımı istəməyənlər var, çünki varlığım onların adını və nüfuzunu alt-üst edir. Ona görə də klubsuzam.

– Sizin Rusiya vətəndaşlığınız da var. Niyə Moskvada yaşamırsınız?
– Azərbaycan millisində 57 oyun keçirmişəm. 3 ildir millidən uzaq düşmüşəm. Əgər oynasaydım, 100-ə yaxın matç keçirəcəkdim. Milli komandada ən çox qol vuran oyunçuyam. Rusiyaya getmirəm. Orada əcnəbi oyunçulara məhdudiyyət var. Premyer Liqada təcrübəsizlik mənə çətin olacaq. Burada mübarizə aparmaq lazımdır. Avropadan təkliflər var idi, amma ora gedə bilmirəm. Ailəm və iki uşağım var. Bir qardaşım da xəstədir, valideynlər də yaşlıdır. Onları burada qoyub ölkəni tərk edə bilmərəm. Təkliflərim maliyyə baxımından o qədər də böyük deyildi.

– Avropanın hansı ölkələrindən təkliflər var idi?
– Serbiya və Kiprdən. Ən yaxşılar olmasa da, pis komandalar deyildi. Ancaq pul yox idi.

– Oynamağınızı istəməyən insanlar kimdir?
– Çoxları Vaqifin pis xasiyyətə sahib olduğunu söyləyir. Bunlar məşqçilərin müxtəlif iftiralarıdır. Azərbaycanda 35-36 yaşlarında da oynayırlar. Cempionatda 30 futbolçudan ibarət 8 komanda çıxış edir. Mən onların içində olmağa layiq deyiləm? Yalnız yerli məşqçilər mənim haqqımda pis danışırlar, amma legionerlər yox. Yuri Maksimovun “Keşlə”də etdiyi kimi. Bütün kartları Zaur Axundovun ortaya qoyurdu. Yerli məşqçilər rəhbərliyin dediklərini edir.

– Yuri Maksimov, Zaur Axundov və kartlar. Mükümünsə, şifrəni açıqlayın.
– Maksimov “Keşlə”nin baş məşqçisi idi. Məşhur futbolçu, məşqçi, böyük şəxsiyyətdir. O, gələndə orada oynamırdım. Oyun getməyəndə heyəti dəyişməyə başladı. Bundan sonra nəticə göründü. Ancaq yenə də ona dedilər ki, Vaqifi əsas heyətə salma. Hər oyundan əvvəl yanıma gəldi və soruşdu: Sən onlara nə etmisən? Hər qarşılaşmada qol vururdum. Zaur Axundov isə prezident idi. Yaxşı insan və rəhbər ola bilər, amma mənimlə prinsipi var idi.

– Siz 1989-cu ildə doğulsanız da, Rusiya pasportunda 1986-cı il yazılıb.
– Moskva “Dinamo”suna gələndə Rusiya vətəndaşlığım yox idi. Həmin ərəfədə “Dinamo” hansısa turnirə yola düşürdü. Baş məşqçi Oleq Tverdoxlebov dedi ki, səni öz hesabımıza götürə bilmərik. Atam ona dedi ki, mənə ehtiyacı varsa, o zaman öz hesabımıza gedə bilərik. O, yenə də razılaşmadı. Mən də “Torpedo”ya keçdim. O vaxta qədər vətəndaşlıq aldım. Moskva çempionatında oynamağa başladım. “Dinamo”ya qarşı keçirdiyim hər oyunda onlara qol vurmağa başladım. Tverdoxlebov hər yerə bəyan etdi ki, 1986-cı il təvəllüd olduğum üçün məni təlim-məşq toplanışına aparmayıblar. Mən açıq insanam, Azərbaycanda tanıyırlar. Sonradan Tverdoxlebov hər şeyi etiraf elədi və ÇSKA-da olduğum müddətdə atamın yanına gəldi və “Dinamo”ya qayıtmağımı istədi. Atam ona mənim 1986-cı ilə təvəllüd olduğumu bilərəkdən yaydığını dedi. Oraya qayıtsam, səhv edərdim. Bu addımla yalanını etiraf etmiş olardım. Yaxşı oynamağım yaşlı olmağım demək deyildi.

– 14 yaşında məşqlərə maşınla gəldiyinizi deyirdilər.
-O, ÇSKA–nın başqa futbolçusu idi. Hamınız onu çox yaxşı tanıyırsınız. Qətiyyən mən deyildim. Məşqçilər təsdiq edə bilər ki, 15-16 yaşımdan əvvəl atam və anam məni məşqə aparırdı.

– Niyə ÇSKA-dən ayrılmağa tələsdiniz?
– Orda kifayət qədər səviyyəli oyunçular var idi. Komandada yer etmək çətin idi. Rusiya vətəndaşı idim. U-17 və U-19-da çıxış edib, millidə də oynaya bilərdim. Buna baxmayaraq, Azərbaycanı seçdim, kökləri unutmaq olmaz. Rusiya bizim üçün yad yer deyil. Bu ölkə mənim ikinci evimdir.

– Hazırda futboldan kənarda qalmısınız. Pivə içib, qəlyan çəkirsiz?
– İçkiyə maraq yoxdur, ancaq bəzən qəlyan çəkirəm.

– Rusiya millisinin keçmiş üzvü Aleksandr Səmədova Azərbaycan müxtəlif təzyiqlər oldu. Buna münasibətiniz necədir?
– Oyundan əvvəl demişdi ki, Azərbaycan mənim ölkəm deyil və onları udacağıq. Dəqiq ifadəni xatırlamıram, təxminən belə idi. Başqa cür də danışa bilərdi. Futbolçu etikası var. Rəqibə həmişə hörmət etməlisən. Azarkeşlərimiz də bu fikirləri oxudu. Belə deməsəydi, nəsə olmayacaqdı.

– Azərbaycanda oyunlar satılır?
– Şayiələr həmişə və hər yerdə olur. Oyun satmaqla ana satmaq arasında fərq yoxdur. Belə insanlar var idi. Sonra futbolsuz qaldılar. Matç satan adam dostlarını da satır. Nə qədər dost olsaq da, bu insanlar mənim üçün artıq heç kimdir. Belə insanlar həbs olunmalıdır.

– Mətbuata açıqsız?
– Mən həmişə açıq olmuşam. Əsas olan həqiqəti deməkdir. Bu gün futbol var, sabah yoxdur. Çox insan haqqımda nəsə deyə bilər. Bunun qarşılığında mən də cavab verə bilərəm. Hansı səviyyədə futbolçu olmağınızın fərqi yoxdur. Əsas sənin necə insan olmağındır. Arxada qoyduğunu ad vacibdir. Həmişə bu barədə düşünmüşəm. Dediklərimdə dürüst idim. Milli komanda üçün oynadığım müddətdə məni tənqid etdilər. Ancaq heç vaxt cavab verməmişəm.

– Erməni futbolçu Henrix Mxitaryan Bakıdakı Avropa Liqasının finalınaa gəlməmişdi. Onun Bakıda təhlükəsizliyinə təminat verilmədiyi iddiaları var idi.
– Azərbaycanda kiminsə Mxitaryanı hədələdiyini düşünmürəm. Burada erməniləri qəbul etmişik, onların təhlükəsizliklərinə də təminat verilib. İdmançılar üçün hər şey təmin edildi. Azərbaycanda normal idman tədbirləri keçirilib. İdman siyasətlə əlaqəli deyil.

Həmin kateqoriyadan