- Baxış sayı: 39
- 18 Aprel 2025 20:27
- Baxış sayı: 105
- Aprel 14, 2025
- 0
Elnurə Əzimzadə (“Arpaçay” klubu, 8-9 yaş uşaqlar), Şəlalə Rüstəmova (“Qara-Qaplan” klubu, 10-11 yaş uşaqlar) və Həsənəli Həsənov (“Avey” klubu, 16-17 yaş gənclər) “Open Azerbaijan” beynəlxalq virtual kata turnirinin qalibi olublar.
Allsport.az xəbər verir ki, Murad Cəfərli (“İnam” klubu, 16-17 yaş gənclər) gümüş medala, Akif Babayev (“Qara-Qaplan” klubu) və Elməddin Səlimli (“Arpaçay” klubu, hər ikisi 8-9 yaş uşaqlar), Aleksey Lapayev (“Arpaçay” klubu, 10-11 yaş uşaqlar), Elcan Həsənov (Avey” klubu) və Əli Məmmədli (“Arpaçay” klubu, hər ikisi 12-13 yaş uşaqlar), Emin Namazov (Qazax rayonu) və Mirtalıb Talıbov (Salyan rayonu, hər ikisi 16-17 yaş gənclər), Humay Əmrahlı (Şəki rayonu, 8-9 yaş uşaqlar) və Ramilə Heydərova (“Arpaçay” klubu) isə bürünc mükafata sahib çıxıblar.
İlk Beynəlxalq “Open Azerbaijan” virtual kata turnirində 9 ölkədən 26 klubu təmsil edən 76 idmançı iştirak edib.