- Baxış sayı: 32
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Moldova yığmasının baş məşqçisi Vladimir Busatı DÇ-2020-nin əsas mərhələsində Azərbaycan futzalçıları ilə oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları görüşdə xalları yarıya bölməyə layiq olduqlarını deyib:
“Mehriban qəbula görə təşkilatçı ölkəyə təşəkkür edirəm. Sanki öz evimizdəyik. Oyuna gəldikdə, əlbəttə, nəticədən razı deyiləm. Ən azı, 1 xala layiq olduğumuzu düşünürəm. Komanda şəklində pis təsir bağışlamadıq.
Rəqibin heyətində fərdi keyfiyyətlərinə görə seçilən oyunçular olsa da, qapıçılarının daha inamlı çıxış etdiyini vurğulamalıyam. Futzalda qapıçı vacib amildir. Bu gün bizim qapıçının da işi az olmadı.
Məqsədimiz növbəti mərhələyə adlamaqdı. Bu mərhələdə təsadüfi komanda olmur. Əsas mərhələnin nə olduğunu yaxşı bilirik”.