- Baxış sayı: 63
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 87
- Noyabr 21, 2024
- 0
Şahmat üzrə Avropa Kubokunda çıxış edən “SOCAR-Azərbaycan”ın kapitanı Vladimir Tukmakov 6-cı turda Çexiyanın “Novi Bor” komandası üzərində qazanılan qələbədən sonra jurnalistlərin suallarına cavab verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– 6-cı turda “SOCAR-Azərbaycan” “Novi Bor” klubunu məğlub etdi. Söhbətə ən son başa çatan Rauf Məmmədovun partiyası haqda başlamaq istərdik.
– Rauf Məmmədov görüşə pis başladı. Əvvəlcə pis olsada getdikcə oyun bərabərləşdi. Sonradan bərabər olan oyunda rəqib üstünlük qazandı. Bir gedişdə Mateuş Bartel səhvə yol verdi və Raufun heç-heçə şansları yarandı. Amma bununla da oyunu xilas etmək mümkün olmadı. Yaxşı ki, bu partiyadakı məğlubiyyət ümumi nəticəyə təsir etmədi. Azərbaycan komandası bu gün Çexiya təmsilçisi üzərində qələbə qazandı.
– Ümumilikdə “Novi Bor”la görüşdən razı qaldınız?
– Hesabat turda komandamız yaxşı oynadı. Bütün partiyalarda üstünlüyümüz hiss olunurdu. Pis vəziyyət almamışdıq. Özümüzü çox rahat hiss edirdik. Obyektiv olaraq rəqibdən güclü olduğumuzu etiraf etməliyəm. Əlbəttə, şahmatda hər bir şahmatçı tək mübarizə aparır, ona görə hər bir şey ola bilər. Raufun oyununu nəzərə almasaq digər partiyalar mənqitə uyğun olaraq davam etdi. İki partiyada uğur qazandıq – Veselin Topalov və Teymur Rəcəbov qələbə əldə etdi.
– Avropa Kuboku uğrunda turnirin başa çatmasına 1 tur qalıb. Başa çatan görüşləri nəzərə alaraq komandanın oyununu necə qiymətləndirirsiniz?
– Nəticəni nəzərə alsaq razı deyiləm. Pis oynamırıq, amma 5-ci turda “Sibir”ə qarşı uğursuz çıxış etdik. Biz uduzan tərəf olduq. “Novi Bor”la görüşlə müqayisə etsək sanki biz rəqibin yerindəydik. İki partiyada məğlub olduq. Maykl Adams son anda rəqibin səhvindən istifadə edərək üstünlük qazandı və partiyanı qələbəylə başa vurdu. Lakin biz yekun nəticədə uduzduq. “Sibir”lə oyun olmasaydı demək olardı ki, yaxşı oynayırıq. İndiki halda hər şey bizdən asılı deyil.
– “Sibir”lə oyunda Veselin Topalov qara fiqurlarla Vladimir Kramnikə uduzdu. Həmin oyunun prinsipiallığını nəzərə alaraq Topalova istirahət vermək müzakirə olunmuşdu?
– Müzakirə olunmuşdu, amma çempionat başlamamışdan əvvəl. Veselinlə söhbət zamanı bu məsələni danışmışdıq. Başa düşürdük ki, “Sibir”lə oyun olacaq. Topalov qaralarla pis, amma ağ fiqurlarla yaxşı oynayır. Hər ikisinə bir-biriylə oynamaq xoş deyil. Topalov belə məsələlərdə loyallıq nümayiş etdirir.
– Ötən illə müqayisə etsək demək olar ki, yarışda rəqabət artıb…
– Rəqabət artıb. Üstəlik iki yeni komanda yarışlarda iştirak edir. Bu “Sibir” və “Alkaloid”dir. Xüsusilə “Sibir” komandasını qeyd etmək istərdim. Onların lideri Vladimir Kramnik Avropa Kubokunda çox yüksək səviyyədə oyun sərgiləyir. Bu mənada indiki turnir ötənilkindən güclüdür.
– Son tur ərəfəsində “SOCAR-Azərbaycan” ikinci pillədədir. Amma son turda da qələbə lazımdır…
– Turnir cədvəli baxımından hər şey bizdən asılı deyil. Lakin bizdən asılı olan məsələ də var. Komandamız son turda da qələbə qazanmalıdır. Biz Avropa Kubokunda hər oyun olduğu kimi son tura da qələbə üçün çıxacayıq.