Vüqar Həşimov memorialının iştirakçılarına milli idman geyim brendi “İl’Azero”dan hədiyyələr

Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə 7-ci superturnir başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın bağlanışında işrtirakçılar müxtəlif hədiyyələri qəbul ediblər. Onların sırasında milli idman geyim brendi “İl’Azero” da yer alıb.

İtalyanca “Bir Azərbaycanlı” adlanan şirkətin rəhbəri yeganə azərbaycanlı beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir. Onun ən uğurlu layihələrindən biri 2-ci Vətən müharibəsinə dəstək üçün özəl buraxılan və üzərində Qarabağ adı və adı çəkilən bölgəyə məxsus kəhər atlarının təsvirlərin yer aldığı geyimlər olub.

Memorialın kubokunu ABŞ-lı Fabiano Karuana qazanıb. Yarış Vüqar Həşimov şahmat fondunun təşkilatçılığı, gənclər və idman nazirliyinin, Azərbaycan şahmat federasiyasının dəstəyi, SOCAR-ın himayədarlığı ilə keçirilib.

Həmin kateqoriyadan