- Baxış sayı: 46
- 18 Aprel 2025 16:16
- Baxış sayı: 104
- Aprel 21, 2025
- 0
Bu gün Bakı idman sarayında dünya çempionatına hazırlığını davam etdirən futzal yığmamızın üzvü Xətai Bağırovun brifinqi olub. Allsport.az saytı xəbər verir ki, o, duruma belə aydınlıq gətirib:
“Toplanış çərçivəsində ikinci məşqimizi keçiririk. Hazırlıq prosesində baş məşqçi rəqiblərimizə qarşı necə oynayacağımızı məşq etdirir. Komandanın qarşısına konkret tapşırıq qoyulub.
“Araz”la çempionlar liqası turnirindəki nəticələrimiz yaxşı olmadı. Turniri 5-6 meydan oyunçusu ilə keçirdik. Dörd gün ərzində ardıcıl 3 oyun keçirdiyimizə görə, yorğunluq var idi. Bakıya döndükdən sonra 3 gün istirahət etdik.
İndi hər şey qaydasındadır. Rəqiblərimizdən Slovakiya və Moldova ilə əvvəlki illərdə qarşılaşmışıq, uğurlu nəticələrimiz olub. Bu dəfə doğma meydanda, azarkeşlərimiz qarşısında oynayacağıq. Əlbəttə, yaxşı nəticə qazanmalıyıq”.