- Baxış sayı: 35
- 21 Noyabr 2024 19:21
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Dünyanı bürüyən koronavirus pandemiyası səbəbindən builki yarışların əksəriyyəti ya ləğv olunub, ya da təxirə salınıb. Bakıda bu ilin martın 25-dən 29-dək keçirilməli olan lisenziya xarakterli Avropa çempionatı ləğv olunub. Həmin yarış Tokio Olimpiadasına son lisenziya xarakterli turnir idi. Məhz həmin turnirdən sonra Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançıların adları açıqlanacaq idi. Allsport.az xəbər verir ki, bu sözləri “Azərtac”a məxsusi müsahibəsində Azərbaycan milli karate federasiyasının prezidenti Yaşar Bəşirov bildirib.
O qeyd edib ki, karateçilərimizdən İrina Zaretska (+61 kq) və Rafael Ağayev (75 kq) reytinq xallarına görə olimpiadaya vəsiqə qazanmış hesab olunurlar. Zaretska reytinqdə birinci olduğu üçün onun lisenziyası tam təmin edilib, yəni rəqiblərin onu üstələməsi mümkün deyil. Ağayev isə reytinqdə üçüncüdür. Əgər rəqiblərdən kiminsə xalı çox olarsa, onu üstələyə bilər.
Ümumiyyətlə, lisenziya xallarının ləğvindən söhbət gedə bilməz. Eləcə də karateçilərimizin lisenziya xalları ləğv olunmayıb. Gələn il keçiriləcək Rabat premyer liqası, İsveçin Göteborq şəhərində təşkil ediləcək Avropa çempionatı lisenziya xalları verir. Yəni karateçilər lisenziya xalları qazanmağa davam edəcəklər.