- Baxış sayı: 44
- 09 Dekabr 2024 20:41
- Baxış sayı: 39
- Dekabr 11, 2024
- 0
Yaşar Bəşirov dünya şotokan federasiyasının (WSF) prezidenti seçilib.
Allsport.az xəbər verir ki, WSF-nin vitse prezidenti və idarə heyətinin üzvü olan Y.Bəşirov Türkiyənin İstanbul şəhərindəki dünya çempionatından əvvəl təşkilatın yığıncağında yekdilliklə səsvermənin qalibi olub.
O həmçinin dünya karate federasiyası (WKF) texniki komitəsinin və Avropa karate federasiyası (EKF) idarə heyətinin üzvüdür.
Daha bir əlamətdar hadisə WSF-nin idarə heyətinin yeni tərkibində təşkilatın Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevin də yer alması olub. Bu böyük etimada əsas səbəb Azərbaycanın idman tədbirləri və təşkilatçılıq işlərində təcrübəsinin dünyada yüksək dəyərləndirilməsidir.
Türkiyə karate federasiyasının prezidenti vəzifəsinə namizədlərdən Ərcümənt Daşdəmir isə WSF-nin baş katibi seçilib.
Yığıncaqda təşkilatın inkişaf etdirilməsinə dair bir sıra məsələlər müzakirə edilib.
5 qitədən 75 dövlət WSF-nin rəsmi üzvüdür. Son illər təşkilatın idarə edilməsində dəyişikliklər WSF-nin nüfuzunu artırıb. Qarşıdakı illərdə karatenin şotokan istiqamətində böyükmiqyaslı işlər görülməsi və yarışların sayının artırılması nəzərdə tutulub.