- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qəbələ” yarımmüdafiəçi Qomeş Yazalde Pinto ilə yollarını ayırıb. Allsport.az xəbər verir ki, 2014-2015 mövsümünün startından “qırmızı-qara” formanı geyinən futbolçunun bu komandanın heyətindəki yarımillik karyerası başa çatıb.
2014-cü ilin yayında transfer olunan 27 yaşlı portuqaliyalı legioner mövsümün ilk yarısında komandasının heyətində 14 oyun keçirib. Ötən ilin avqustun 10-da keçirilən Topaz Premyer Liqasının 1-ci turunun “İnter”lə oyununda (0:4) “Qəbələ” formasında debüt edən Pinto 13 çempionat oyununda 458 dəqiqə meydanda olub və 1 sarı vərəqə ilə diqqət çəkib. Pireneyli futbolçu 90 dəqiqə meydanda olduğu 1 kubok oyununun iştirakçısı olub. Dekabrın 18-də “Sumqayıt”la səfərdə keçirilən qarşılaşma (1:1) isə Yazaldenin “Qəbələ”də son matçı olub.
“Qəbələ” İdman Klubu Qomeş Yazalde Pintoya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.