- Baxış sayı: 73
- 01 Fevral 2026 15:32
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

Qax olimpiya idman kompleksində və Türkiyənin Yalova şəhərində toplanışı başa vuran yeniyetmə stolüstü tennisçilər, məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə təlim-məşqi paytaxtda davam etdiriblər.
Allsport.az saytı xəbər verir ki, oğlanlar və qızlar mayın 16-dan 18-dək Berlində, 20-dən 22-dək Vladislava şəhərində (Polşa) turnirlərə qatılacaqlar. Bu yarışlarda iştirakın əsas məqsədi iyul ayında Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıqdır.