- Baxış sayı: 39
- 26 Noyabr 2024 13:55
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Fevralın 22-də Rumıniyanın Arad şəhərində yeniyetmə və gənc boksçular arasında beynəlxalq turnir start götürəcək. 6 gün davam edəcək yarışda Azərbaycan milli komandaları 34 idmançı ilə təmsil olunacaq.
Gənclərin mübarizəsində rinqə baş məşqçi Elbrus Rzayev, məşqçilər Elvin Məmişzadə və Ceyhun Abiyevin rəhbərliyi ilə Rauf Məmmədov, Ramal Yolçuyev (hər ikisi – 48 kq), Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı, Tağı Nəsibov (54 kq), Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hər ikisi 57 kq), Nadir Məlikov, Nəsir Səyyad (60 kq), Aslan Quliyev (63,5 kq), Ziya Həsənov (71 kq), Fərhad Şeydayev (75 kq), İlfan Xəlilli (80 kq), İsmayıl İsmayılov (86 kq), Səbuhi Əlizadə (92 kq) və Həsən Sadıqzadə (+92 kq) çıxacaqlar.
Aradda yeniyetmələrdən ibarət yığmaya isə baş məşqçi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov rəhbərlik edəcək. Ölkəmizi Bilalhəbəşi Nəzərov, Əli Baxışov (hər ikisi – 46 kq), Sübhan Babayev (48 kq), Faiq Mollayev, Bağır Əmirxanlı (50 kq), Eldar Abdullazadə, Raul Əsədullayev (52 kq), Elbrus Kərimli (54 kq), Orucəli Cavadzadə, Vaqif Hacıyev (57 kq), İbrahim Mirhəsən (60 kq), Kənan Aslanlı Tərlan Əhmədov (63 kq), Rüstəm Neymətov, Rövşən Abbasov (66 kq), Kənan İsayev, Hüseyn Hüseynli (70 kq) və İlkin Məmmədliyə (80 kq) təmsil edəcəklər.
Hakimlər briqadasında bizdən Məsməxanım Səlimova yer alacaq.