- Baxış sayı: 54
- 16 Dekabr 2024 20:47
- Baxış sayı: 426
- Yanvar 10, 2025
- 0
Yeniyetmə və gənc karateçilərimiz Xorvatiyanın Samobor şəhərində 29-cu beynəlxalq qran-pridə 10 medal qazanıblar. Allsport.az saytı xəbər verir ki, Murad Hacızadə (+84 kq, 18-20 yaşlı gənclər) bütün rəqiblərinə qalib gəlib. Fərid Savadov (57 kq, 14-15 yaşlı yeniyetmələr) və Osman Osmanlı (+76 kq, 16-17 yaşlı yeniyetmələr) 2-ci yeri tutublar.
Sultan Hüseynov və Ramil Baxşəliyev (55 kq, 16-17 yaşlı gənclər), Abbas Dadaşov (68 kq, 16-17 yaşlı gənclər), Tale Yaqubov (68 kq, 16-17 yaşlı gənclər), Həsənəli Həsənəliyev (kata, 16-17 yaşlı gənclər), eləcə də Ceyhun İsmayılov (kata, 18-20 yaşlı gənclər) və Fidan Teymurova (50 kq, 18-20 yaşlı gənclər) bürünc medal qazanıblar.
Yarışda 24 ölkədən 2047 karateçi iştirak edib.