- Baxış sayı: 69
- 15 Mart 2026 11:10
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Dekabrın 1-də “Şüa” idman kompleksində yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kubokuna start veriləcək. Allsport.az saytı xəbər verir ki, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və uşaq-gənclər idman məktəbləri mübarizə aparacaqlar.
Dekabrın 4-də yekun vurulacaq yarışın təşkilində əsas məqsəd ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir.
Fərqlənən idmançılar AGİN-nin diplomları va ASTF-nin qiymətli hədiyyələri ilə təltif olunacaqlar.