Yeniyetmələr və gənclər arasında açıq birinciliyinin açılış mərasimi baş tutub

Bu gün FHN-nin idman-sağlamlıq klubunda Azərbaycan taekvondo federasiyasının dəstəyi ilə uşaqlar, yeniyetmələr və gənclər arasında “Ümid” və “Alpman” taekvondo klublarının açıq birinciliyinin açılış mərasimi baş tutub.

Allsport.az xəbər verir ki, tədbirdə öncə dövlət himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğurunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan taekvondo federasiyasının vitse-prezidenti Hikmət Səmədov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

45 komandadan 649 taekvondoçunun qüvvəsini sınadığı birincilik bədii hissə ilə davam edib.

Qeyd edək ki, yarışda yerli idmançılarımızla yanaşı, Qazaxıstan, Özbəkistan və Gürcüstanı təmsil edən komandalar da qüvvələrini sınayırlar.

Birinciliyə oktyabrın 13-də yekun vurulacaq.

Həmin kateqoriyadan