- Baxış sayı: 32
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Bakı idman sarayında futzal üzrə yüksək liqasının yeni mövsümünün püşkatması keçirilib. Allsport.az saytı xəbər verir ki, əvvəlcə komandalara əsasnamədə edilmiş yeniliklərlə bağlı məlumat verilib, suallar cavablandırılıb. Ötən illə müqayisədə elitada bu dəfə 7 yox, 10 komanda qalib adı uğrunda mübarizə aparacaq. Mövsüm 3 dövrədən ibarət olacaq. İlk dördlükdə yer alacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd olunub ki, cari mövsümdə legioner limiti tətbiq ediləcək. Komandalar iştirak ərizəsinə maksimum 7, oyunun protokoluna isə 5 legioner futzalçının adını daxil edə bilər. Matçın protokoluna bir nəfər 2000-ci il və daha gənc yerli oyunçunun adının daxil edilməsi vacib şərt kimi qiymətləndirilib.
Sonra yarışın püşkü atılıb. Püşkə əsasən çempionatın birinci turunda “Bakı” – “Yasamal”, “Araz” – “Baku Fire”, “Xızı” – “Record club”, “Premier” (Quba) – EKOL və “Marafon” – “Neftçi” görüşləri keçiriləcək. 1-ci turun oyunları sentyabrın 11-də Bakı idman sarayında olacaq.