- Baxış sayı: 37
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 115
- Fevral 06, 2026
- 0

AFFA, PFL və premyer liqa klublarının əməkdaşlarından təşkil olunan “Zəfər” turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, lk yarımfinal oyununda “Turan Tovuz” üzərində 5:2 hesablı qələbə qazanan “Neftçi” finala vəsiqə qazanıb.
Digər qarşılaşmasında “Səbail” PFL-i 2:1 hesabı ilə məğlub edib. Həlledici qarşılaşmada “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Səbail” III “Zəfər” turnirinin qalibi olub. PFL isə “Turan Tovuz”u 8:4 hesabı ilə məğlub edərək 3-cü olub.
Qalib komandaya kuboku AFFA-nın baş katibi Sərxan Hacıyev və Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov birlikdə təqdim edib.