- Baxış sayı: 42
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Türkiyənin Çərkəzköy bələdiyyəsinin dəstəyi ilə təşkil edilən 2-ci “Zafer Kupası” başa çatdı. Allsport.az saytı xəbər verir ki, komandamızın da qatıldığı yarış idmançılarımız üçün uğurlu alınıb. İraq, Kosova və Türkiyənin bir neçə bölgəsindən 220-dək uşaq, yeniyetmə və gəncin qatıldığı sınaqda, Sumqayıt Olipmpiya İdman mərkəzinin taekvondo bölməsinin və Sumqayıt taekvondo məktəbinin 11 üzvü mübarizəyə aparıb.
Dünən baş tutan turnirdə yeniyetmələr arasında 41 kq çəkidə dayanq üzərinə çıxan Xanoğlan Kərimov rəqiblərinə şans verməyərək, turnirin qızıl medalını qazanıb. Gənclər arasında isə Xanruh Fətullayev (58 kq) finala kimi inamlı irəliləsədə, həllediici mərhələdə rəqibinə məğlub olaraq turnirin gümüş mükafatına layiq görülüb.
Uşaqlar arasında Hümbət Kazımov (27 kq), yeniyetmələrdə Nihat Abbasov (33 kq), gənclərdə Mehriban Məmmədova (42 kq) yarımfinal mərhələsində məğlub olaraq, yarışı bürünc medalla başa vurublar. Beləliklə, komandamız bu turnirdə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla uğura yetişiblər. Komanda hesabında millimiz İraq dan sonra 4-cü yeri tutub.
Xatırladaq ki,ötəl il Vurğun müəllimin komandası ilk dəfə keçirilən bu yarışda 22 taekvondoçu ilə təmsil olunmuş və 9 medalla vətənə dönmüşdür.
Yarışdan bir gün öncə isə Sumqayıt idmaçılarını Cərkəzköy şəhərinin bələdiyyə başkanı Vahab Akay qəbul etmişdir.Yerli media nümayəndələrin iştirakı ilə keçən görüşdə, komandanı səmimi qarşılayan başqan, idmançıları salamlayaraq xoş gəldiklərini bildirmişdir: ”Sizləri Çərkərzköydə yenidən görməyimə çox şadam.Şadıq ki,iki qardaş dövlətin idmançıları bir aradadır.
Ötəl il bizlərlə birlikdə bu turnirdə iştirak etdiniz. ”Zafer Kupası”na qatılacağınız bizi məmnun edir və gözəl bir turnir olacağına inanıram. Çərkəzköyə gəldiyinizə və yarışa qatılacağınıza görə sizlərə təşəkkür edirik”. Görüşdə təşkilatçı tərəf olan Çərkəzköy Spor klubunun baş məşqçisi Bilal Güzel də iştirak edərək komandamız adına xoş sözlər söyləmiş, yarış iştirakçıları haqqında bələdiyyə başqanına ümumi məlumat verib. İdmançılar 3 avqustda Vətənə dönəcəklər.