- Baxış sayı: 71
- 30 Noyabr 2025 23:49
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0

Avstriyanın Zalsburq şəhərində karate “A” seriyasında millinin 2 üzvü fərqlənib.
Allsport.az saytı xəbər verir ki, 99 ölkədən 2057 kimonu ustasının iştirak etdiyi kumitedə Asiman Qurbanlı (+84 kq) qızıl, Ayxan Mamayev (84 kq) bürünc medala yetişib. 3-cü yer üçün görüşdə Firdovsi Fərzəliyev (60 kq) son saniyələrdə rəqibin mübahisəli zərbəsi ilə üstünlüyü əldən verib.
Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən xüsusi qrupda olub. Millimizi martın son günləri İspaniyada Avopa çempionatı gözləyir.