- Baxış sayı: 39
- 22 Aprel 2025 17:44
- Baxış sayı: 43
- Aprel 24, 2025
- 0
Azərbaycan boksçusu Zeynəb Rəhimova Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında ikinci döyüşünü keçirib. 54 kq çəkidə çıxış edən milli üzvü 1/16 final çərçivəsində Kristin Gillespi (Yeni Zelandiya) ilə qarşılaşıb.
Alldport.az xəbər verir ki, görüş təmsilçimizin qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (30:27, 30:24, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib.
Rəhimova 1/8 finalda Yohana Karolina Qomeslə (Venesuela) üz-üzə gələcək. Görüş martın 20-də olacaq.
Qeyd edək ki, Rəhimova 1/32 finalda Lethokule Sibisə (CAR) qalib gəlib.