Milli Məclisdə şahmat komandamızın üzvləri ilə görüş keçirilib

Milli Məclisin gənclər və idman komitəsində şahmat üzrə Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, görüşdə komitənin sədri Fuad Muradov və sədr müavini Ülvi Quliyev Azərbaycanda idmanın inkişafından və dövlət idman siyasətinin uğurlarından danışıblar.

Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğı böyük uğurlarla nəticələndiyi bildirilib. Son illər ölkəmizdə idmanın digər növləri ilə yanaşı, şahmat da sürətlə inkişaf edir. Ötən il şahmat üzrə dünya kuboku yarışının, bu ilin sentyabrında 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə keçirilməsi bunun bariz nümunəsidir.

Söhbət zamanı, həmçinin Azərbaycan Şahmat Federasiyası ilə əməkdaşlıq, ölkəmizdə şahmatın inkişafı və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan