- Baxış sayı: 91
- 07 Avqust 2026 11:54
- Baxış sayı: 196
- Avqust 05, 2026
- 0

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Rodos adasında təşkil olunan yarışda Azərbaycanın 10 zəka sahibi də mübarizə aparır.
İlk 3 turda maksimum nəticə qazanan Ülviyyə Fətəliyeva startda ardıcıl 4-cü qələbəsini qazanıb. O, bununla da çempionatın liderliyini ələ keçirib.
Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı da turu qələbə ilə başa vurublar. Şahmatçılarımız günü ümumilikdə 4 qələbə, 5 heç-heçə və 1 məğlubiyyətlə tamamlayıblar.
Avropa çempionatında 183 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.