Ülviyyə Fətəliyeva vətənə dönüb

Yunanıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva vətənə dönüb.

Allsport.az xəbər verir ki, tarixi ilki rəsmiləşdirən 27 yaşlı qrossmeysteri və milli komandanı Heydər Əliyev beynəlxalq aeroportunda idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, ailə üzvləri qarşılayıblar.

Rodosda Avropa çempionatının qalibi olan şahmatçı 10 oyundan 8,5 xal toplamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Azərbaycanın Avropa çempionu titulunu qazanan ilk qadın şahmatçısı kimi tarixə düşüb.

Həmin kateqoriyadan