Əlqərəz üzərində qələbədən sonra Rublyov yarımfinala çıxmaqla bağlı duyğularını bölüşüb

Rusiyalı tennisçi Andrey Rublyov Madriddə keçirilən “Masters”in 1/4 finalında ispaniyalı Karlos Əlqərəz üzərində qələbəsindən danışıb.

Allsport.az xəbər verir ki, bu barədə o, sport24.ru saytına müsahibə verib:

-Bu turnirə qədər 6 həftə idi ki, qalib gələ bilmirdiniz. Hələ də yaxşı olduğunuzu bilməkdən özünüzü rahat hiss edirsiniz?

-Nə deyəcəyimi bilmirəm. Ola bilsin ki, bu həftə mən rahatlıq hiss edəcəm, amma gələn həftə yenə eyni şey olacaq… Ona görə də bunu beynimdə saxlamasam yaxşıdır. Düşünürsənsə: “Ah, hər şey necə də yaxşıdır”… bu, mövsümün əvvəlində başıma gəldi. Sonra 6 həftə qalib gələ bilmədim”.

Həmin kateqoriyadan