Məhəmməd Muradlı ikinci finalçı olub

AMEA-nın mərkəzi elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib.

Allsport.az xəbər verir ki, Məhəmməd Muradlı ilə Vüqar Rəsulov arasında klassik oyunlardan sonra heç-heçə qeydə alınıb.

Hərəyə 1 qələbə qazanan şahmatçılar finala vəsiqə uğrunda tay-brekdə mübarizəni davam etdirib.

Tay-brekdə ilk oyunda qara fiqurlarla oynayan Məhəmməd Muradlı qələbə qazanıb. Növbəti oyunda Vüqar Rəsulov hesabı bərabərləşdirməyə nail olub. Blitsdə ilk qələbəni bu dəfə Vüqar Rəsulov əldə edib, daha sonra qara fiqurlarla oynayan Məhəmməd Muradlı məğlubiyyətin əvəzini çıxıb – 3:3. Üçüncü oyunda qalib gələn Məhəmməd Muradlı finala adlayıb – 4:3.

Bu gün başlayacaq final mübarizəsində çempionluq uğrunda Aydın Süleymanlı və Məhəmməd Muradlı yarışacaq. 3-cü yer uğrunda görüşdə Vüqar Rəsulov ilə Xəzər Babazadə üz-üzə gələcək.

Həmin kateqoriyadan