“Bu məsələdə özümdə günah görmürəm”

28 apreldə “Qəbələ” premyer liqanın 32-ci turunda evdə “Kəpəz”ə 0:1 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze məğlubiyyətə aydınlıq gətirdi:

“Nəsə söyləmək çətindir. Qol vəziyyətləri oldu, yararlana bilmədik. Əvəzində, sadə səhvdən qapımızda qol gördük. Bu, ilk dəfə deyil. Bu üzdən axırıncı yerdəyik.

Çox çalışdıq, amma alınmadı. Adi səhvlər edirik. Boş qapıya qol vura bilməmək dəhşətdir. Bu məsələdə özümdə günah görmürəm.

Çox istəyirdim kömək edim, alınmadı. Bilmirəm, gələn mövsüm qalacam, ya yox. Bu, çox həssas məsələdir. Klub 1-ci liqada iddialı olacaqmı?

Yenidən premyer liqaya qayıdacaqsa, bizimlə işə davam edəcəklərmi? Dəqiqləşdiriləsi çox şey var”.

Həmin kateqoriyadan