İHO-nun təşkilat komitəsinin üzvləri ilə görüşdü, Ər-Riyad-2025-in idman qurğularına baxış keçirdi

İslam həmrəyliyi oyunlarının (İHO) təftiş komitəsinin rəhbəri Könül Nurullayeva, İslam həmrəyliyi idman assosiasiyasından olan həmkarları ilə İHO-nun təşkilat komitəsinin üzvləri ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, söhbət zamanı oyunların keçirilmə tarixi, medal təqdimetmə mərasiminin proqramı, idman obyektlərinin baş planı, Ər-Riyad-2025 ev sahibi şəhər müqaviləsinin strukturu və digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra həmyerlimiz İHO-nun təftiş komitəsinin sədri olaraq, Səudiyyə Ərəbistanının paytaxtında yerləşən bir sıra idman qurğularına baxış keçirib, hazırlıq səviyyəsi və onların təşkili haqqında ətraflı məlumat əldə edib.

Könül Nurullayevanın bildirdiyinə görə, təşkilatçılıq yüksək səviyyədədir, VI İslam həmrəyliyi oyunları arzulanan şəkildə keçiriləcəkdir.

Həmin kateqoriyadan