Məhəmməd Muradlı Azərbaycan çempionatında vahid lider olub

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib.

Allsport.az xəbər verir ki, turun açılışında iştirak edən Azərbaycan şahmat federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov növbəti illərdə milli komandanın bütün üzvlərinin çempionatda iştirakına çalışacaqlarını bildirib.

4-cü turda əsas mübarizə Məhəmməd Muradlıyla Aydın Süleymanlı arasında olub. Partiya birincinin qələbəsiylə başa çatıb. Misrətdin İsgəndərov Xəzər Babazadəylə mübarizədən qalib ayrılıb.

Hesabat turunda Süleyman Süleymanlı Read Səmədova, Rüstəm Rüstəmov Vüqar Manafova, Xaqan Əhməd isə Toğrul Həsənzadəyə uduzub. Beş oyun heç-heçə yekunlaşıb.

4 turdan sonra Məhəmməd Muradlı 3,5 xalla birinci yerdədir. Hərəyə 3 xalı olan Read Səmədov, Misrətdin İsgəndərov 2-3-cü pillələrdə qərarlaşıb. Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Vüqar Manafov, Namiq Quliyev, Vüqar Rəsulov 4-8-ci yerləri bölüşür.

Reqlamentə əsasən, 9 turdan sonra ilk 4 yerin sahibi ikinci mərhələdə olimpiya sistemi üzrə mübarizəni davam etdirəcək. Burada şahmatçılar finala vəsiqə uğrunda iki oyun keçirəcək. Qələbə qazanan iştirakçılar çempion adı uğrunda finalda qarşılaşacaq, məğlub olan şahmatçılar isə üçüncü yer uğrunda yarışacaq.

Həmin kateqoriyadan