“Bu, ölkə başçısı İlham Əliyevin uğurlu və müdrik siyasətinin bir ifadəsidir”

Sabah ümummilli lider Heydər Əliyevin 101-ci il dönümünə avarçəkmə üzrə “Prezident kuboku” beynəlxalq reqatası başlayacaq. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyi ilə Azərbaycan kanoe və avarçəkmə federasiyasının birgə təşkil edəcəyi yarışda 19 ölkə iştirak edir. Qonaqlar arasında millət vəkili Elman Nəsirov da vardı. O, jurnalistlərə açıqlamasında, Mingəçevirə Xankəndidən gəldiyini dedi:

“Azərbaycan paytaxtında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin parlamentlərinin xarici əlaqələrinin komitə sədrlərinin 1-ci iclası keçirilirdi. Bu toplantı çərçivəsində ilk olaraq Ağdama səfərimiz oldu. Bilirsiniz ki, bu şəhəri “Qafqazın Xirosiması” adlandırırlar. Ardınca Xocalıya getdik. Orada Rusiya sülhməramlı qüvvələrinin çıxmasına şahid olduq. Sonra Xankəndiyə yollandıq. İlk dəfə idi orada olurdum. Həmin təəssüratları sözlə ifadə etmək çətindir.

Xankəndi çox gözəldir, biz hamımız valeh olduq. Şəhər sanki öz doğma sakinləri üçün darıxmışdı. 2 saatlıq səfərdə orada bir samovar çayı da içdik. Xankəndidə artıq həyat qarışır. Kərkicahana ilk köç başlayacaq. Nümayəndə heyəti sonra Şuşada oldu, oranın gəzməli-görməli yerlərini ziyarət etdilər. Bu, ölkə başçısı İlham Əliyevin uğurlu və müdrik siyasətinin bir ifadəsidir. Cənab prezident müəyyən edib ki, Azərbaycanın başlıca xarici siyasəti türk dövlətləri ilə münasibətlərdir. Biz bir ailəlik – 4,8 milyon kv km ərazidə birləşirik.

Artıq 3-cü ildir Mingəçevirdə ümummilli lider Heydər Əliyevin xatirəsinə “Prezident kuboku” reqatası keçirilir. Etiraf edək ki, güləş ölkəmizdə çox məşhurdur. Bu növdə həddən artıq yüksək nəticələrimiz var. Müqayisə etdikdə, avarçəkmə elə də populyar olmamışdı. Belə bir deyim var: Çörəyi ver çörəkçiyə, birində artıq. Yeni federasiya rəhbərliyinin sayəsində bu növ daha məşhurlaşıb və inkişaf edib. Onların uğurlarına ancaq fəxarət hissi keçirmək lazımdır. Dünən avarçəkənimizin Fransa olimpiadasına lisenziya qazanması ümummilli liderin 101-illiyinə böyük töhfədir”.

Yarış mayın 1-i Suqovuşanda start götürəcək, 2-3 may tarixində Mingəçevir Kür olimpiya tədris-idman mərkəzində davam edəcək.

Həmin kateqoriyadan