Tacikistan Rusiya millisi ilə qarşılaşa bilər

Tacikistan futbol federasiyası Rusiya futbol ittifaqını (RFU) Rusiyada yoldaşlıq oyunu keçirməyə dəvət edib.

Allsport.az xəbər verir ki, bu barədə RFU-nun baş katibi Maksim Mitrofanov bildirib:

“Qırğızıstan, Tacikistan və Özbəkistan milli komandaları hazırda rəsmi yarışlar keçirirlər. Xüsusilə, Özbəkistan millisi çox güclü komandadır, düşünürəm ki, seçimdə çox uzağa gedəcək. Ona görə də biz müzakirə edirik, Tacikistan Rusiyada matç keçirmək xahişi ilə bizimlə əlaqə saxladı, biz matçların keçirilməsi üçün başqa variantları da nəzərdən keçiririk”.

Həmin kateqoriyadan