- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir. Allsport.az xəbər verir ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.
Onlardan Əli Zamanov (52 kq) ikinci qarşılaşmasını keçirib. Ermənistanlı Ruben Qarboyanı mübarizədən kənarlaşdıran yeniyetmələr arasında Avropa çempionumuz bu dəfə tailandlı Tanakon Aonyaemlə üz-üzə gəlib. 1/8 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28).
O, yarımfinala gedən yolda rusiyalı Yevgeni Jorovla döyüşəcək. Görüş aprelin 19-na təsadüf edəcək.
Zamanovun uğurunu Cəlal Qurbanov (60 kq) da davam etdirib. 1/16 final mərhələsi çərçivəsində Ferens Samu (Macarıstan) ilə üz-üzə gələn həmyerlimiz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Qurbanov 1/8 final görüşünü aprelin 18-də yaponiyalı Reyto Tsutsumiyə qarşı keçirəcək.
69 kq çəki dərəcəsində qüvvəsini sınayan Samir Nəsirov 1/16 finalda Mateus Urbanla (Polşa) döyüşüb. Görüş rəqibin qələbəsi ilə başa çatıb.
Mundialın ilk günündə Əzrək Bəbirov (56 kq) 1/16 final döyüşünü qələbə ilə bitirib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.