- Baxış sayı: 27
- 05 Dekabr 2025 23:19
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

19-22 yaşlı boks millimiz Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa çempionatı üçün təlim-məşq toplanışı davam edir. Allsport.az saytı xəbər verir ki, komandamız əsas komandamızın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi ilə hazırlaşır. O, martın 13-23-də çempionat ərəfəsində boksçularımızın yüksək əhval-ruhiyyədə olduğunu deyib:
“19-22 yaşlı boksçulardan ibarət yığmamızın hazırlığı yüksək səviyyədə davam edir. Komandanın heyətinə 10-dək idmançı çağırmışıq. Hazırda əsas millidən köməkçi boksçular da bizimlə birlikdədir.
Bu, gənclərin daha təcrübəlilərlə sınaq döyüşləri keçirməsi və hazırlıqlı olması üçün atılan addımdır. Birgə təlim-məşq toplanışının hər 2 komandanın üzvlərinə faydalı olacağına inanıram”.