- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub. Allsport.az xəbər verir ki, Azərbaycan yığması yarışı 1 qızıl və 2 gümüş medalla başa vurub.
Milli boksçularından Məhəmmədəli Qasımzadə (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Kruzito Kovaçsu (Macarıstan) 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Tural Sarıyevlə (50 kq) Əli Abdullayev (65 kq) isə gümüş medala sahib olublar.